Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 gümüş medal qazandı
Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində uğurla çıxış edib.
hadiseler.info xəbər verir ki, 85 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq çəkini ram edərək hər iki növdə gümüş medala sahib çıxıb.
İki hərəkətin cəmində 272 kq nəhitə göstərən F.Allahverdiyev toplamda da Avropa birinciliyinin gümüş mükafatına yiyələnib.
Bununla da Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc olmaqla, ümumilikdə 15 medalla başa vurub.
No Comment! Be the first one.