Ağstafada “TikTok” videosu çəkmək istəyən uşağı cərəyan vurdu
Ağstafa rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, “TikTok” sosial şəbəkəsi üçün video çəkmək istəyən azyaşlını elektrik cərəyanı vurub. Yüksək gərginlikdən ağır yanıq xəsarətləri alan uşaq təcili xəstəxanaya yerləşdirilib. Müayinə olunan azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.