Buzlaqların əriməsinin təhlükəsi aşkarlandı
Buzlaqların əriməsi nəticəsində atmosferə böyük miqdarda istixana qazlarının sızması qlobal iqlim üçün ciddi təhlükə yaradır.
hadiseler.info xəbər verir ki, bu barədə fizika-riyaziyyat elmləri namizədi Konstantin Qribanov xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, buzlaqlar əriyərkən atmosferə təkcə metan deyil, həm də karbon qazı atılır və məhz karbon qazı daha böyük təhlükə mənbəyidir. Qribanov bildirib ki, metan atmosferdə parçalanaraq azalır və hündürlük artdıqca onun sıxlığı düşür. Karbon qazında isə bu proses baş vermir, o, atmosferdə dəyişməz qalır və yalnız yer səthində udulur. Alim hesab edir ki, bu baxımdan karbon qazı metandan daha təhlükəlidir və bəşəriyyət üçün daha tez fəsadlar törədə bilər.
No Comment! Be the first one.