Almaniyanın ikinci ən varlı şəxsi Klaus-Mixael Kyune vəfat etdi
Almaniyalı məşhur milyarder, “Lufthansa” aviaşirkətinin həmsahibi Klaus-Mixael Kyune 89 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, iş adamı İsveçrədəki evində qısamüddətli xəstəlikdən sonra vəfat edib.
Sərvəti 44,5 milyard dollar dəyərində qiymətləndirilən Kyune Almaniyanın ən varlı şəxsləri siyahısında ikinci, “Forbes”ın dünya zənginləri reytinqində isə 44-cü pillədə qərarlaşmışdı.
Nəqliyyat və logistika sahəsində nəhəng aktivlərə sahib olan milyarder, eyni zamanda bir çox beynəlxalq daşıma şirkətlərinin payçısı idi.
No Comment! Be the first one.