“Araz-Naxçıvan” heyətini daha iki futbolçu ilə gücləndirdi
Naxçıvanın “Araz-Naxçıvan” komandası heyətinə iki yeni oyunçu daxil edib.
hadiseler.info xəbər verir ki, muxtar respublika təmsilçisi Qabil Əlizadə və Nihat Mehralıyevlə 1 mövsümlük razılıq əldə edib.
21 yaşlı hücumameyilli yarımmüdafiəçi Nihat Mehralıyev son mövsümdə “Şamaxı”nın şərəfini qoruyub. O, həmçinin Azərbaycanın U-21 yığmasında 2 matçda şans qazanıb.
25 yaşlı vinger Qabil Əlizadə isə karyerasına “Araz-Naxçıvan”ın əvəzedici heyətində başlayıb. Təcrübəli futbolçu daha sonra “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir” klublarında da çıxış edib.
Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiç kimi futbolçuları sıralarına cəlb etmişdi.
No Comment! Be the first one.