Arda Güler İspaniya nəhəngi ilə yeni müqavilə imzalayacaq
Türkiyə millisinin və “Real Madrid”in gənc yarımmüdafiəçisi Arda Güler İspaniya nəhəngi ilə yeni uzunmüddətli sözləşmə imzalamağa hazırlaşır.
hadiseler.info xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun (“Fabrizio Romano”) verdiyi məlumata görə, tərəflər arasında bütün şərtlər razılaşdırılıb. 21 yaşlı futbolçu Madrid təmsilçisi ilə 2032-ci ilin iyununa qədər qüvvədə olacaq 6 illik yeni müqavilə bağlayacaq.
Rəsmi elanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
No Comment! Be the first one.