Çempionlar Liqası: “Sabah”dan ağır məğlubiyyət
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
hadiseler.info xəbər verir ki, İngiltərədə “Mançester Yunayted”in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlub olub.
“Old Trafford” stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.
Qeyd edək ki, “Sabah” oktyabrın 13-də Bakıda Çexiyanın “Slaviya” kollektivini qəbul edəcək.
No Comment! Be the first one.