“Avroviziya 2027″nin keçiriləcəyi şəhər və tarixlər bəlli oldu
71-ci “Avroviziya” mahnı müsabiqəsinin ev sahibi və təşkil olunacağı tarixlər rəsmən açıqlanıb.
hadiseler.info xəbər verir ki, Avropa Yayım İttifaqı (EBU) və Bolqarıstan Milli Televiziyasının (BNT) birgə qərarına əsasən, müsabiqə 2027-ci ilin may ayında Bolqarıstanın Burqas şəhərində, “Arena Burgas” zalında baş tutacaq.
Təşkilatçıların verdiyi məlumata görə, birinci yarımfinal mayın 11-də, ikinci yarımfinal mayın 13-də, böyük final isə mayın 15-də keçiriləcək. Müsabiqəyə ev sahibliyi hüququnu müğənni Daranın “Bangaranga” mahnısı ilə qazandığı qələbə gətirib. Bununla da “Avroviziya” tarixində ilk dəfə Bolqarıstanda təşkil olunacaq.
No Comment! Be the first one.