İranda SEPAH zabiti pusquya salınaraq güllələndi – VİDEO
İranın Kürdüstan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti öldürülüb.
hadiseler.info “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, hadisə Sənəndəc şəhərində baş verib.
Məlumata görə, naməlum silahlı şəxs SEPAH zabitini pusquya salaraq ona atəş açıb. Aldığı güllə yaralarından zabit hadisə yerindəcə həyatını itirib. Hadisəni törədən şəxsin axtarışları və faktla bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.