Azərbaycan millisinin qapıçısı yeni kluba transfer oldu
Futbol üzrə Azərbaycan qadın millisinin üzvü Nərgiz Əliyevanın yeni mövsümdə çıxış edəcəyi klub bəlli olub.
hadiseler.info xəbər verir ki, 24 yaşlı qapıçı yeni mövsümdən “Sabah” komandasının şərəfini qoruyacaq.
Nərgiz Əliyeva Bakı təmsilçisi ilə 2026/2027 mövsümünü əhatə edən müqavilə bağlayıb.
Qeyd edək ki, Nərgiz Əliyeva ötən mövsümün bir hissəsini Türkiyənin “Giresun Sanayispor” klubunda keçirib.
No Comment! Be the first one.