Azərbaycan nefti bahalaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində kəskin artım dinamikası qeydə alınıb.
hadiseler.info xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,74% artaraq 125,19 ABŞ dollarına yüksəlib.
Məlumat üçün bildirək ki, bundan əvvəlki ticarət günündə Azərbaycan neftinin qiyməti 120,68 ABŞ dolları səviyyəsində qərarlaşmışdı.
Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixi ərzində ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimum göstəricisi isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanın builki dövlət büdcəsində 1 barel neftin orta qiyməti 65 ABŞ dolları həcmində nəzərdə tutulub.
No Comment! Be the first one.