Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim edib
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinə təqdim edib.
hadiseler.info xəbər verir ki, bu barədə səfir özünün sosial media hesabında məlumat verib.
Məlumata əsasən, diplomat etimadnaməsinin surətini Türkiyə XİN-in Protokol Baş İdarəsinin Baş direktor müavini Mustafa Cem Gündüzə təqdim edib.
No Comment! Be the first one.