Joze Mourinyo “Real Madrid”ə qayıtdı: “Evimə qayıtdım”
Portuqaliyalı məşhur mütəxəssis Joze Mourinyo rəsmən “Real Madrid” klubunun baş məşqçisi postuna qayıdıb. Təcrübəli çalışdırıcı “Kral klubu” ilə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulan 3 illik müqavilə bağlayıb.
hadiseler.info xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəsmi təqdimat mərasimi “Real Madrid City”də baş tutub. Tədbir azarkeşlər və media nümayəndələrinin iştirakı olmadan, qapalı qapılar arxasında keçirilib. Mərasimdən görüntülər yalnız klubun rəsmi resursları vasitəsilə ictimaiyyətə təqdim olunub.
Klub prezidenti Florentino Peresin iştirak etdiyi imza mərasimindən sonra təəssüratlarını bölüşən Mourinyo duyğularını “Mən evimə qayıtdım” ifadəsi ilə dile gətirib.
Xatırladaq ki, Joze Mourinyo daha əvvəl 2010–2013-cü illərdə “Real Madrid” komandasına rəhbərlik edib.
No Comment! Be the first one.