Azərbaycanın Türkiyədəki yeni səfiri etimadnaməsini Ərdoğana təqdim edib- FOTOLAR
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
hadiseler.info xəbər verir ki, Ankarada baş tutan görüşdə azərbaycanlı diplomat etimadnaməsini Türkiyə dövlət başçısına təqdim edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 24-də imzaladığı Sərəncamla Türkiyəyə səfir təyin olunan Rəşad Aslanov bundan əvvəl Azərbaycanın İtaliya, San-Marino və Maltada səfiri, habelə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) yanında daimi nümayəndəsi vəzifələrində çalışıb.
Görüş çərçivəsində Böyük Britaniya, İsveç, Kanada və Tailandın yeni təyin olunmuş səfirləri də etimadnamələrini Türkiyə Prezidentinə təqdim ediblər.


No Comment! Be the first one.