Azərbaycanın xarici ticarət gəlirləri artır
Xarici sektor üzrə ticarət göstəriciləri əlverişli olaraq qalır.
Hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10.5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.
İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo 830.5 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artım deməkdir.
Məlumata görə, əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozunu artım istiqamətində dəyişib.
Yenilənmiş proqnozlara görə, cari əməliyyatlar hesabında 2026-cı ildə 8.5 mlrd. ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı), 2027-ci ildə isə 5.4 mlrd. ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir.
No Comment! Be the first one.