Azərbaycanda axtarışda olan 135 nəfər saxlanıldı
Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan onlarla şəxs tutulub.
hadiseler.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, ötən gün ölkə ərazisində axtarışda olduğuna görə ümumilikdə 135 nəfər saxlanılıb. Onlardan 109 nəfərinin borclu şəxs qismində axtarışda olduğu müəyyən edilib və həmin şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
No Comment! Be the first one.