Bərdədə xəstəxananın həyətində doğuş baş verib
hadiseler.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata görə, 35 həftəlik hamilə qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən, saat 10:40 radələrində təcili doğuş xəstəxananın həyətində olan avtomobildə başlayıb.
Tibbi müdaxilə nəticəsində dünyaya çəkisi 2 kq 190 qram, boyu 45 sm olan qız körpə gəlib.
Hazırda analıq sevinci yaşayan zahı qadının və yeni doğulmuş körpənin səhhətinin stabil olduğu bildirilir.
No Comment! Be the first one.