Bakıda 6-cı sinif şagirdi İTKİN DÜŞDÜ
Bakıda orta məktəb şagirdinin itkin düşməsi ilə bağlı xəbər daxil olub.
hadiseler.info “NOCOMMENT.az”a istinadən xəbər verir ki, hadisə günorta saatlarında paytaxtdakı 90 nömrəli tam orta məktəbin şagirdi Cəfərov Sərxan ilə bağlı baş verib.
Məlumata görə, 6-cı sinif şagirdi S.Cəfərov dərsdən sonra məktəbdən çıxıb və bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Hazırda azyaşlının tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarış tədbirləri həyata keçirilir. İtkin düşən uşağın yeri haqqında hələlik əlavə məlumat yoxdur.
No Comment! Be the first one.