Lionel Messi İspaniyada futbol klubu satın aldı — RƏSMİ
ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda mübarizə aparan “Deportivo Eldense” klubunun sahibi olub.
hadiseler.info xəbər verir ki, bu barədə klubun rəsmi saytında yer alan bəyanatda bildirilir.
“Deportivo Eldense” rəhbərliyi komandanın Lionel Messi tərəfindən alındığını rəsmən elan edib. Klub bu addımın 100 ildən artıq tarixi olan institutsional inkişafında yeni bir mərhələ açacağını vurğulayıb. Müqavilənin tamamlanması İspaniya Mərkəzi İdman Departamentinin müvafiq icazəsinin alınmasından asılıdır.
Qeyd edək ki, 1921-ci ildə təsis edilmiş alikante təmsilçisi Sequndada keçirdiyi yeddi oyundan sonra 5 xal toplayaraq turnir cədvəlinin 19-cu pilləsində yer alır.
No Comment! Be the first one.