Sabiq icra başçısı İslam Rzayevin həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
hadiseler.info xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, sabiq icra başçısı keçən ilin oktyabr ayında həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. İslam Rzayev oktyabrın 30-da Prezidentin sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
No Comment! Be the first one.