Banqladeşə yeni prezident seçildi
Banqladeşdə ölkənin yeni dövlət başçısının adı bəlli olub.
hadiseler.info xəbər verir ki, “Daily Star” qəzetinin yaydığı məlumata əsasən, parlamentdə keçirilən səsvermədə Banqladeş Milliyyətçi Partiyasının (BNP) namizədi Mirza Fəxrul İslam Alamgir 255 səs toplayaraq yeni prezident seçilib. Onun rəqibi Oli Əhməd isə 88 səs qazana bilib.
Xatırladaq ki, parlament respublikası olan Banqladeşdə prezident parlament üzvləri tərəfindən seçilir. Əvvəlki dövlət başçısı Məhəmməd Şahabuddin Çuppu iyulun 24-də səhhəti ilə bağlı istefa verdikdən sonra prezident səlahiyyətlərini müvəqqəti olaraq parlament sədri Hafiz Əhməd icra edirdi.
No Comment! Be the first one.