Banqladeşdə dəhşətli yol qəzası: 14 nəfər həlak oldu
Banqladeşdə sərnişin avtobusu ilə qum daşıyan yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, faciəvi qəza Natore – Pabna şossesində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan sərnişin avtobusu ilə qum yüklü yük avtomobili şiddətli şəkildə üz-üzə çırpılıb. Qəza nəticəsində ən azı 14 nəfər hadisə yerindəcə həyatını itirib, daha 26 nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub, yaralılara təxirəsalınmaz tibbi yardım göstərilib və onlar xəstəxanalara yerləşdirilib.
Hüquq-mühafizə organları tərəfindən faciənin başvermə səbəbləri və təfərrüatları ilə bağlı genişmiqyaslı təhqiqat aparılır.
No Comment! Be the first one.