Berlində keçirilən texnoparadda 50 nəfər xəstəxanaya yerləşdirilib
hadiseler.info xəbər verir ki, Almaniyanın paytaxtı Berlində onminlərlə insanın qatıldığı “Rave The Planet” adlı kütləvi texnoparad keçirilib.
Tədbir zamanı şəhərin Yanğınsöndürmə Xidməti tərəfindən 50 nəfər müxtəlif səbəblərdən xəstəxanaya çatdırılıb. Məlumata görə, xəstəxanaya yerləşdirilənlər arasında xəsarət alanlarla yanaşı, narkotik və alkoqol qəbulu, həmçinin havanın yüksək temperaturu səbəbindən səhhəti pisləşənlər də olub.
Bundan əlavə, parade təhkim olunmuş tibbi xidmət əməkdaşları 651 nəfərə yerindəcə ilkin tibbi yardım göstəriblər. Sözügedən tədbir Berlinin məşhur “Love Parade” ənənəsini davam etdirən əsas texno festivallardan biridir.
No Comment! Be the first one.