Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti tapılıb
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılaraq sudan çıxarılıb. Hadisələr.info xəbər verir ki, bu barədə “Report”un Qarabağ bürosu məlumat yayıb.
Məlumata görə, 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, A. Əhmədov avqustun 6-da suda boğularaq həyatını itirmişdi.
No Comment! Be the first one.