Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizerin təltif edilməsi barədə Sərəncam imzalayıb.
hadiseler.info xəbər verir ki, Sərəncama əsasən, Ladislau-Marius Vizer Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif olunub.
No Comment! Be the first one.