“Bitcoin” yenidən ucuzlaşdı
Kriptovalyuta bazarında son sutka ərzində əsasən qiymət düşməsi müşahid olunub.
hadiseler.info xəbər verir ki, “Bitcoin” 2,09% ucuzlaşaraq 79 045,34 dollara, “Ethereum” 1,58% azalaraq 2 464,41 dollara, BNB isə 2,87% ucuzlaşaraq 695,99 dollara düşüb.
Bazarın digər aktivlərindən “Zcash” 8,49% dəyər itirərək 784,54 dollar, “Bitcoin Cash” 3,83%, “Bittensor” isə 3,20% ucuzlaşıb. Bunun əksinə olaraq, “Monero” 0,37% bahalaşaraq 442,81 dollara yüksəlib. Qızıl təminatlı rəqəmsal aktivlərdən “PAX Gold” 0,24%, “Tether Gold” isə 0,27% dəyər qazanıb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saat ərzində 2,19% azalaraq 2,65 trilyon dollar təşkil edib.
No Comment! Be the first one.