“Böyük Dəbilqə”: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır
İsveçrənin Lozanna şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançılarının çıxışı davam edir.
hadiseler.info xəbər verir ki, yarışın ikinci günündə ölkəmizi təmsil edən daha 5 cüdoçu tatamiyə çıxacaq.
Bügün mübarizəyə qoşulacaq idmançılarımız:
Südabə Ağayeva (70 kq)
Kamran Süleymanov (73 kq)
Rəşid Məmmədəliyev (73 kq)
Vüsal Qələndərzadə (81 kq)
Ömər Rəcəbli (81 kq)
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən bu nüfuzlu turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. Yarışın ilk günündə mübarizə aparan 5 idmançımız medalsız qalıb.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri avqustun 30-da başa çatacaq.
No Comment! Be the first one.