Cared Kuşner Zelenski ilə görüşdən sonra: “Ümidliyik”
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə keçirilən görüşdən sonra mətbuata açıqlama verib.
hadiseler.info xəbər verir ki, Kuşner danışıqların nəticələrindən nikbin olduğunu bildirib.
O, ABŞ tərəfinin müharibənin başa çatdırılması istiqamətində irəliləyiş əldə etməyə ümid etdiyini vurğulayıb:
“Ümidliyik. Prezident Trampın məqsədi yalnız hazırkı müharibəni necə başa çatdıracağımızı müəyyən etmək deyil, uzunmüddətli və davamlı sülh üçün düzgün şərait və razılaşmalar yaratmaqdır”.
Qeyd edək ki, Cared Kuşner və ABŞ-ın digər xüsusi nümayəndəsi Stiv Uitkoff sentyabrın 6-da Kiyevdə Volodimir Zelenski ilə görüşüblər. Bu, onların Tramp administrasiyasının nümayəndələri kimi Ukraynaya ilk rəsmi səfəridir. Kiyev görüşündən əvvəl amerikalı elçilər Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox davam edən danışıqlar aparıblar. Səfərin və danışıqların əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin dayandırılması və sülh prosesinin işə salınmasıdır.
No Comment! Be the first one.