“Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi
Misli Premyer Liqasında IV turun növbəti matçı baş tutub.
hadiseler.info xəbər verir ki, “Turan Tovuz” öz meydanında “Sumqayıt” komandasını qəbul edib.
Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə isə Jorje Silva fərqləniblər. Qonaqların təsəlli qolunu 9-cu dəqiqədə Ronaldo Vaskes vurub.
Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran “Turan Tovuz” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Aktivində xal olmayan “Sumqayıt” isə sonuncu — 12-ci sırada qalıb.
Qeyd edək ki, günün ikinci görüşündə “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.
No Comment! Be the first one.