Cavid Hüseynov istefaya göndərildi
“Araz-Naxçıvan” klubu baş məşqçisi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla yollarını ayırıb.
hadiseler.info xəbər verir ki, klub rəhbərliyi və məşqçilər arasında qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Cavid Hüseynov bu ilin iyun ayında komandaya baş məşqçi təyin olunmuşdu. Cari mövsümdə uğursuz çıxış edən “Araz-Naxçıvan” keçirdiyi 6 oyundan sonra topladığı 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb.
No Comment! Be the first one.