DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
hadiseler.info xəbər verir ki, tədbir noyabrın 5-də baş tutub. Bakı şəhərində keçirilən sıra baxışında respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarında xidmət etmək üçün müraciət edən gənclərdən daha hazırlıqlı olan 179 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
No Comment! Be the first one.