“Dinamo” – “Qarabağ” matçının ikinci hissəsi başladı
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində üz-üzə gələn Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasındakı matçın ikinci hissəsi başlayıb.
Hadisələr.info xəbər verir ki, Polşadakı “Lublin Arena” stadionunda keçirilən qarşılaşmada hazırda Ukrayna təmsilçisi hesabda 1:0 öndədir.
Görüşdə hələlik yeganə qolu oyunun 10-cu dəqiqəsində “Dinamo”nun futbolçusu Matvey Ponomarenko vurub.
Qeyd edək ki, danimarkalı FIFA referisi Morten Kroqun idarə etdiyi matçda “Qarabağ” meydana Mateuş Koxalski, Mateus Silva, Bense Varkonyi, Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir (K), Aleksey Kaşuk, Cebrail Makreçkis, Renaldo Sefas, Pedro Bikalyo və Elvin Cəfərquliyevdən ibarət start heyəti ilə çıxıb.
No Comment! Be the first one.