“Qarabağ” Polşada “Dinamo”ya məğlub oldu: Cavab oyunu Bakıda keçiriləcək
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” səfərdə Ukrayna təmsilçisi “Dinamo” (Kiyev) ilə üz-üzə gəlib.
Hadisələr.info xəbər verir ki, Polşanın “Lublin Arena” stadionunda keçirilən qarşılaşma rəqib komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Danimarkalı FIFA referisi Morten Kroqun idarə etdiyi matçda yeganə qolu 10-cu dəqiqədə “Dinamo”nun hücumçusu Matvey Ponomarenko vurub.
Ağdam təmsilçisi görüşün sonlarını 10 nəfərlə tamamlamaq məcburiyyətində qalıb. Qarşılaşmanın 90-cı dəqiqəsində Cebrail Makreçkis birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də, saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
No Comment! Be the first one.