Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
İdman

“Futbolçuların üstünə çox getmək istəmədim” – Qurban Qurbanov “Dinamo”ya məğlubiyyətdən danışdı

Avqust 6, 2026
149 Views

Məlum olduğu kimi, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmasında “Qarabağ” səfərdə Ukraynanın “Dinamo” (Kiyev) klubuna 0:1 hesabı ilə uduzub.

Hadisələr.info xəbər verir ki, qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıraraq görüşü dəyərləndirib.

“Çox danışmağa ehtiyac yoxdur, bu hələ ilk qarşılaşmadır. Rəqibi qələbə münasibətilə təbrik edirəm. İndi bütün fikrimizi cavab oyununa hazırlığa yönəltməliyik. Qarşımızda müdafiədə nizam-intizamlı çıxış edən, sürətli əks-hücumlar təşkil etməyi bacaran keyfiyyətli komanda var idi. Meydanda tempı bir qədər artırmaq vacib idi, lakin hava şəraiti — həddindən artıq isti olması buna imkan vermədi. Bu səbəbdən futbolçulara çox təzyiq etmək istemədim. Bakıda önümüzdə 5-6 günlük hazırlıq vaxtımız var. Matçı hərtərəfli analiz edərək cavab qarşılaşmasına tam hazır olacağıq.”

Baş məşqçi jurnalistlərin suallarını cavablandırarkən komandadakı bəzi texniki məqamlara və futbolumuzdakı legioner limitinə də toxunub:

– Futbolumuzdakı problemlərin səbəblərindən biri yerli futbolçuların az olmasıdır?

“Belə hallar olur. Limitin olmaması da Azərbaycan futbolunda uzun illərdən sonra tətbiq edilən qərardır. Sadəcə, belə bir proqram, belə bir layihə həyata keçirilib və bunun nəticəsini görmək üçün müəyyən vaxt lazımdır. Düşünürəm ki, zamanla özünü doğruldacaq. Ümumilikdə isə klublarımız Avropa oyunlarında heç də pis çıxış etmir. Bir xeyli qələbələrimiz var. Amma bu mövzu genişdir. Ona görə hazırda bu suala ətraflı cavab verə bilməyəcəyəm.”

– Oyunun qırılma nöqtəsi nə oldu?

“Demək olar ki, sadəcə kiçik bir səhv oldu və həmin epizoddan qol buraxdıq. Amma ümumilikdə müdafiədə stabil çıxış etmədik. Hücum xəttində isə bir qədər aqressivlik və aktivlik çatmadı.”

– Zubir bu gün yaxşı formada olmasa da, əsas heyətdə idi. Onu oynatmağınızın əsas səbəbi nə idi?

“Sadəcə bu gün oynatdım. Start heyətində yer aldı, çünki oyun praktikası qazanmağa ehtiyacı var idi. Onunla bağlı müəyyən düşüncələrimiz və planlarımız var idi. İstəyirdik ki, oyuna uyğunlaşsın. Bəzi məqamlarda alındı, bəzi məqamlarda isə tam istədiyimiz kimi olmadı. Bunun arxasında başqa bir səbəb yoxdur.”

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda keçiriləcək.

Tags:

#Dinamo Kiyev#Qarabağ FK#Qurban Qurbanov#UEFAKonfransLiqası

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

“Qarabağ” Polşada “Dinamo”ya məğlub oldu: Cavab oyunu Bakıda keçiriləcək

Next

“WhatsApp”da növbəti yeniliklər

Next
Avqust 6, 2026

“WhatsApp”da növbəti yeniliklər

Previous
Avqust 6, 2026

“Qarabağ” Polşada “Dinamo”ya məğlub oldu: Cavab oyunu Bakıda keçiriləcək

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İdman
Toral Bayramov öz qapısına qol vurdu- VİDEO
Ayla
Noyabr 7, 2026
İdman
Azərbaycan millisi üçüncü dəfə dünya çempionu oldu
Ayla
Noyabr 6, 2026
İdman
Emin Mahmudov karyerasını bitirir
Ayla
Noyabr 6, 2026
İdman
“Formula 1”in əfsanəvi çempionu vəfat etdi
Ayla
Noyabr 5, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya