Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Cəmiyyət

DTX adından dələduzluq: Süni intellektlə sənət adamının pulunu ələ keçirdilər- VİDEO

Oktyabr 2, 2026
132 Views

Son dövrlərdə xaricdə fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr süni intellekt texnologiyalarından istifadə etməklə yeni və təkmilləşdirilmiş kiberhücumları davam etdirirlər.

hadiseler.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məsələ ilə bağlı xəbərdarlıq məlumatı yayıb.

Aparılan təhlillər göstərir ki, müvafiq qruplaşmalar süni intellekt alqoritmləri və xüsusi proqram təminatlarından istifadə edərək dövlət qulluqçularını, müxtəlif müəssisə əməkdaşlarını və sadə vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici xəbərdarlıqlara baxmayaraq, bəzi hallarda vətəndaşlar hələ də bu tür dələduzluqların qurbanına çevrilirlər.

Kibercinayətkarlar xüsusi ssenarilər əsasında hədəf seçdikləri şəxslərə təcili və vacib xarakterli mesajlar göndərir, daha sonra onları hüquq-mühafizə orqanlarının və ya digər rəsmi qurumların adından istifadə edən saxta hesablara yönəldirlər. Həmin şəxslərdən xarici hesablara pul köçürmələri etmək və ya qanunsuz tapşırıqları yerinə yetirmək tələb olunur.

Dələduzların qurbanı olmuş sənət adamlarından biri yaşadığı hadisəni belə təsvir edib:

“Adımı, iş yerimi hamısını düzgün dedi. Mən də düşündüm ki, deməli doğrudan tanıyır. Dedi ki, mənim hesabımdan digər ölkədə fəaliyyət göstərən terror təşkilatının hesabına köçürmələr aşkar olunub və bununla bağlı cinayət işi açılıb. Sonra əlavə etdi ki, bu məsələ məxfidir və nə ailəmə, nə iş yoldaşlarıma, nə də başqa heç kimə bu barədə məlumat verməməliyəm. Hətdə hesabın bağlanmalı olduğunu da dedi.”
Zərərçəkmiş şəxs həbs olunacağı ilə hədələndiyi üçün qorxudan deyilən hesaba pul köçürdüyünü bildirib:
“Əvvəlcə çox panikaya düşdüm. Daha sonra sakitləşdim və yoldaşımla danışdım. O da işdə idi və mənə dedi ki, dövlət qurumu pul köçürülməsi etməz. Elə həmin an sanki bir aydınlanma gəldi.”
DTX rəqəmsal mühitdə son dərəcə diqqətli və ayıq-sayıq olmağın vacibliyini xatırladır. Şübhəli müraciət, tələb və ya mesajla karşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməsi xahiş olunur.

Tags:

dələduzluqDTXHadiselerInfoKibercinayətKibertəhlükəsizlikSüniİntellekt

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Kişinyov hava limanında bomba həyəcanı: Bina təxliyə olundu

Next

Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı

Next
Oktyabr 2, 2026

Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı

Previous
Oktyabr 2, 2026

Kişinyov hava limanında bomba həyəcanı: Bina təxliyə olundu

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Cəmiyyət
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Ayla
Noyabr 8, 2026
Cəmiyyət
Tarixi qələbənin altıncı ili – Azərbaycanda Zəfər Günü qeyd olunur
Ayla
Noyabr 7, 2026
Cəmiyyət
Deputat:“Kuryerlər də vergi rejiminə cəlb olunsunlar”
Ayla
Noyabr 6, 2026
Cəmiyyət
Bakı metrosunun əsas stansiyalarından biri yenidən qurulacaq
Ayla
Noyabr 6, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Noyabr 8, 2026
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Noyabr 8, 2026
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 649
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya