Dünya çempionatı: Zelim Tçkayev finala vəsiqə qazandı
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
hadiseler.info xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinal qarşılaşmasında qazaxıstanlı Abilayxan Zubanazara qalib gələrək qızıl medal uğrunda görüşə vəsiqə əldə edib.
Z.Tçkayev çempionluq uğrunda son qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək. Qazaxıstanlı A.Zubanazar isə bürünc medal uğrunda görüşdə Azərbaycan millisinin digər üzvü Ömər Rəcəbli ilə dözüşəcək.
Z.Tçkayevin finala gedən yolu:
1/4 final: Belçikalı Mattias Kasse üzərində qələbə
Yarımfinal: Qazaxıstanlı Abilayxan Zubanazarı məğlub etmə
No Comment! Be the first one.