Dünyada ərzaq qiymətləri bahalaşıb
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi iyul ayı ilə müqayisədə avqustda 1.9% artıb. Qlobal miqyasda qeydə alınan bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2.5% yüksəkdir.
hadiseler.info xəbər verir ki, təşkilatın açıqladığı hesabatda qiymət artımının əsasən tədarük zəncirində yaranan narahatlıqlardan qaynaqlandığı bildirilir.
Məlumatda qeyd olunur ki, əlverişsiz hava şəraiti, Yaxın Şərqdə davam edən münaqişələr və Qara dəniz ticarətindəki logistik problemlər dünya bazarında əsas qida məhsullarının bahalaşmasına təkan verən başlıca amillər sırasındadır.
No Comment! Be the first one.