Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirdi
İsveçin “Heart Aerospace” şirkəti tərəfindən hazırlanan və tam olaraq elektrik enerjisi ilə çalışan eksperimental “X1” təyyarəsi ilk dəfə səmaya qalxıb.
hadiseler.info xəbər verir ki, tarixi sınaq uçuşu ABŞ-ın Nyu-York ştatında yerləşən Plattsburq Beynəlxalq Hava Limanında tutulub.
Sınaq zamanı təyyarə təxminən 27 dəqiqə havada qalıb və 335 metr yüksəkliyə qalxıb. Uçuş müddətində təyyarənin elektrik stansiyası 1 meqavatdan çox enerji hasil edib.
Ölçüləri ilə diqqət çəkən “X1” modelinin qanadlarının eni 32 metr, uzunluğu 23 metr, maksimum uçuş çəkisi isə 11 tonu ötür.
Şirkətin təsisçisi və baş direktoru Anders Forslund bu uğuru aviasiya tarixində yeni mərhələ kimi dəyərləndirərək bildirib: “X1-in ilk uçuşu ilə kommersiya təyyarələri miqyasında elektrik uçuşlarının tamamilə mümkün olduğunu sübut etdik”.
No Comment! Be the first one.