Əhməd Yusifov Bakıda dünya çempionu oldu
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında böyük zəfərə imza ataraq qızıl medal qazanıb.
hadiseler.info xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialda 60 kq çəki dərəcəsində gərgin mübarizə aparan idmançımız finalda qazaxıstanlı Şerzod Davlatovu mağlub edərək fəxri kürsünün en yüksək pilləsinə qalxıb. Beləliklə, təmsilçimiz Azərbaycan millisinə yarışdakı ilk medalı qazandırıb.
Ə.Yusifovun çempionluq yolu:
1/16 final: Monqolustan təmsilçisi Tumenjarqal Tuvşintur üzərində qələbə
1/8 final: Hindistanlı Harş Sinhi mübarizədən kənarlaşdırma
1/4 final: Rusiyalı Ayub Bliyevə qalib gəlmə
Yarımfinal: Çin Taypeyindən olan Yanq Yunq Veyi məğlub etmə
Final: Qazaxıstanlı Şerzod Davlatovu üstələyərək dünya çempionu olma
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu (335 kişi, 287 qadın) mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi, 7 qadın) təmsil edir. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.
No Comment! Be the first one.