Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.
hadiseler.info xəbər verir ki, görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin böyük əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu mötəbər yarış Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülük idmanının təşviqinə mühüm töhfə verəcək.
Söhbət zamanı Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə diqqətə çatdırılıb. Həmçinin Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib və bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
No Comment! Be the first one.