Ərdoğan və Tramp arasında görüş keçiriləcək
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında növbəti yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.
hadiseler.info “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə bəyanatla ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak çıxış edib.
Diplomatın sözlərinə görə, iki ölkə liderinin danışıqları ABŞ-nin Nyu-York şəhərində baş tutacaq. Görüşün BMT Baş Assambleyasının sentyabrın 8-dən 28-dək davam edəcək 81-ci sessiyası çərçivəsində təşkil olunması gözlənilir.
No Comment! Be the first one.