Ermənistanda hərbi hissədə hərbçinin güllələnmiş meyiti tapıldı
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqustun 13-də N saylı hərbi hissənin hərbi qulluqçusu Qriqor Edqaroviç Zakaryanın güllələnmiş meyiti aşkarlanıb.
Hadisənin başvermə səbəbləri və təfərrüatları ilə bağlı istintaq orqanları tərəfindən hərbi araşdırma aparılır.
No Comment! Be the first one.