Erməni hərbçinin ölümündən əvvəl yazdığı məktub gündəm oldu
Ermənistanın Vardenis şəhərində 23 yaşlı müqaviləli hərbi qulluqçu ölü tapılıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Shamshyan.com” portalı məlumat yayıb.
Məlumata görə, “Vətən Müdafiəçisi” proqramı çərçivəsində xidmət edən hərbçi Artak N. avqustun 25-də şəhər ərazisində yerləşən tövlədə qohumu tərəfindən ölü vəziyyətdə aşkarlanıb. Həkimlər hadisə yerinə gələnədək ona ilkin yardım göstərilməyə çalışılsa da, tibb əməkdaşları onun həyatını itirdiyini təsdiqləyiblər.
Hərbçinin ölümündən əvvəl qohumuna vidalaşma mesajı göndərdiyi məlum olub. O, mesajında “Hərəkətlərimə görə üzr istəyirəm, bu daş dünyada yaşamaq istəmirəm” sözlərini yazıb.
Məhkəmə-tibb ekspertizasının ilkin rəyinə əsasən, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.