Məzlum Əbdi prezidentin müşaviri təyin edildi
Suriyada kürd silahlı birləşmələrinin rəhbəri yüksək dövlət vəzifəsinə gətirilib.
hadiseler.info xəbər verir ki, Suriyanın keçid prezidenti Əhməd əl-Şara kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDF) lideri Məzlum Əbdini (Mustafa Xəlil Əbdi) özünə müşavir təyin edib.
Suriyanın rəsmi SANA agentliyinin məlumatına görə, keçid prezidenti Əhməd əl-Şara bununla bağlı avqustun 27-də müvafiq 164 saylı fərman imzalayıb.
Qeyd edək ki, son dövrlərdə rəsmi Dəməşq ilə kürd tərəfi arasında əldə olunan razılaşmalar çərçivəsində SDF-nin Suriya dövlət qurumlarına və strukturlarına inteqrasiyası prosesi sürətlənib. Məzlum Əbdinin prezident müşaviri postuna gətirilməsi də məhz bu inteqrasiya addımlarının tərkib hissəsi kimi qiymətləndirilir.
No Comment! Be the first one.