Ermənistanda daha bir hərbçinin asılmış meyiti tapılıb
Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusunun meyiti asılmış vəziyyətdə aşkarlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb. Qeyd olunur ki, ölkənin Müdafiə Nazirliyi baş verən hadisə ilə bağlı hələlik heç bir rəsmi şərh verməyib.
Bu, son üç gün ərzində Ermənistan ordusunda qeydə alınan üçüncü, cari ay ərzində isə hərbi qulluqçuların ölümü ilə bağlı altıncı analoji hadisədir.
No Comment! Be the first one.