Füzulidə 12 yaşlı uşaq atdan yıxılaraq öldü
Füzuli rayonunda azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
hadiseler.info xəbər verir ki, avqustun 15-də Qarğabazar kənd sakini, 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən 12 yaşlı R.Namazov həkimlərin səylərinə baxmayaraq, avqustun 28-də orada vəfat edib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
No Comment! Be the first one.