Gəncədə 5 şagird zəhərləndi
Gəncə şəhərində şagirdlərin zəhərlənməsi ilə bağlı təfərrüatlar bəlli olub.
hadiseler.info xəbər verir ki, Gəncədə yerləşən məktəblərin birində təhsil alan 5 şagird zəhərlənmə şübhəsilə müəllimlərin köməyi ilə xəstəxanaya çatdırılıb.
TƏBİB-dən verilən məlumata görə, 01.10.2026-cı il tarixində saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Qurumdan bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
No Comment! Be the first one.