Güclü külək səbəbindən 4 nəfər xəstəxanaya yerləşdirildi
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti nəticəsində 4 nəfər xəsarət alıb.
hadiseler.info xəbər verir ki, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Tibb müəssisəsində yaralılara müvafiq tibbi yardım göstərildikdən və vəziyyətləri qənaətbəxş qiymətləndirildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar. Vətəndaşlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı lazımi tövsiyələr verilib.
Mütəxəssislər küləkli hava şəraitində vətəndaşlara ehtiyatlı olmağı, açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və təhlükə yarada biləcək digər obyektlərin yaxınlığında dayanmamağı tövsiyə edirlər.
No Comment! Be the first one.