Gürcüstan Rusiya ilə sərhədi bağladı, insanlar təxliyə edildi
Gürcüstan daşqın təhlükəsi səbəbindən Rusiya ilə sərhəd-keçid məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
hadiseler.info xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, Devdoraki ərazisində quraşdırılmış və çay yatağındakı dəyişiklikləri izləyən xəbərdarlıq sistemi siqnal verib. Təhlükəsizlik protokoluna uyğun olaraq nəzarət məntəqəsində olan vətəndaşlar, polis əməkdaşları və xüsusi şirkət işçiləri dərhal ərazidən təxliyə olunublar. Eyni zamanda sərhəd kəndi Qveleti ətrafında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
No Comment! Be the first one.