“Qarabağ” – “Dinamo” : Heyətlər bəlli oldu
Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.
hadiseler.info xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” doğma meydanda Kiyev “Dinamo”sunu qəbul edir. Səfərdəki ilk matçda 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıdır.
Karşılaşma saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda ingiltərəli baş hakim Stüart Attvellin idarəçiliyi ilə başlayacaq.
Komandaların start heyətləri:
“Qarabağ”: 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son oyunlarda zəif çıxış edən qapıçı Mateuş Koxalskini ehtiyatda saxlayaraq çərçivəni Martin Zlomisliçə həvalə edib. Cütün qalibi pley-offda “Tvente” – “DAC 1904” cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
No Comment! Be the first one.